İkimərtəbəli tikilinin zirzəmisində kafe yanıb

12:46 29.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda kafe yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi mağaza, ikinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərir) zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə, içərisində 5 ədəd televizor və 1 ədəd soyuducu yanıb. Kafenin qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.